IQNA

20:59 - October 22, 2021
Xəbər sayı: 3491042
ABŞ-ın Merilend ştatında məscidin girişi yaxınlığında atışma baş verib. Faktla bağlı araşdırma aparılır.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Merilend ştatında məscidin girişi yaxınlığında atışma baş verib. Faktla bağlı araşdırma aparılır.

Adı açıqlanmayan kişiyə Prins-Corc dairəsindəki məscidin yaxınlığında atəş açılıb. O, bir neçə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

İnsident günorta radələrində – vəfat etmiş müsəlman şəxsin dəfn mərasimindən sonra baş verib.

Polisdən verilən məlumata görə, hadisənin təsadüfi zorakılıq aktı olmadığı hesab edilir.

Qeyd edək ki, sözügedən məscid kompleksi türkiyəli müsəlmanlar tərəfindən inşa edilib.

Teqlər: ABŞ ، Azərbaycan ، Merilend ، müsəlman ، İslam ، Quran
Ad:
E-poçt:
* Comment:
* captcha: