İQNA, "Deyli Sabah"-a istinadən xəbər verir ki, Hindistanın ən böyük müsəlman ictimai-dini təşkilatı, ötən həftə üsyançılar tərəfindən hədəf alınan şimal-şərqdəki Tripura əyalətində dağıdılmış məscidləri və müsəlman evlərini bərpa etmək istəyir.
Hindistan Üləma Dərnəyi şənbə günü verdiyi açıqlamada deyib: "Baş katib Mövlana Həkimuddin Qasiminin rəhbərlik etdiyi faktaraşdırıcı qrup, son iğtişaşların vurduğu ziyanı qiymətləndirmək üçün əyalətin müxtəlif bölgələrinə səfər edib.
Qeyd edək ki, ötən həftə Tripuranın paytaxtı Aqartaladan 30 km aralıda yerləşən "Sepahi Cala" ərazisində iğtişaşçılar məscidləri qarət edərək, müsəlmanların namaz qılmasına mane olmuşdular.
Tripoli əyalətinin Ali Məhkəməsi cümə günü əyalət hökumətini son zorakılıqlar barədə hesabat verməyə çağırıb.