IQNA

Müsəlmanlar ABŞ-ın ən səxavətli sakinləridir

16:08 - November 03, 2021
Xəbər sayı: 3491125
müsəlmanlar ABŞ-da yaşayan ən əliaçıq dini qruplarından biridir. Buna İndiana Universitetinin keçirdiyi araşdırma dəlalət edir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Müsəlmanlar 2020-ci ildə xeyriyyə ehtiyaclarına ümumilikdə 4,3 milyard dollar ianə bağışlayıblar.

Ölkənin ən aktiv müsəlman fondlarından biri isə “Islamic Relief” olub.

Araşdırma çərçivəsində fərqli-fərqli dinlərdən olan insanlar arasında sorğu keçirilib.

Müsəlmanlar ABŞ əhalisinin cəmi 1,1 faizini təşkil etsələr də, onların ianələrinin payı 1,4 faiz təşkil edir.

Belə ki, bir müsəlman ortalama olaraq 3 200 dollar xeyriyyəyə sərf edirsə, qeyri-müsəlmanın bu yardımlarının məbləği təxminən 2 000 dollardır.

Bundan başqa, müəyyən olunub ki, müsəlmanlar əksərən din ilə bağlı olmayan ölkədaxili problemlərə yardımlar edirlər. İanələrin yalnız 15%-i beynəlxalq humanitar missiyalara xərclənilir.

captcha