"İQNA", "Avas"-a istinadən xəbər verir ki, Qurana hörmətsizlik edən şəxs Həssan Ziyad adlı 40 yaşlı kişidir. O, əvvəllər də iki dəfə məscidləri təhqir etdiyinə görə həbs edilib və sərbəst buraxılıb.
Qurana hörmətsizlik edən bu şəxs, Maldivin paytaxtı Maledəki "İbrahim" məscidində olanlar tərəfindən iyrənc hərəkətinə görə polisə təhvil verilib.
Bu şəxs məhkəmədə Quranı təhqir etdiyini etiraf edib. Məhkəmə bundan sonra onun ölkənin İslam icması üçün təhlükə olduğuna qərar verib və onun həbsinə qərar çıxarıb.
Onun həbsinə 10 gündən sonra baxılacaq.
Maldiv adaları, Hindistanın cənub-qərbində yerləşən bir neçə adadan ibarətdir. Bu ölkənin 540 min əhalisinin 98 faizi müsəlmandır.