IQNA

Terror aktının qarşısını alan taksi sürücüsünə təşəkkür edilib

14:01 - November 16, 2021
Xəbər sayı: 3491211
Britaniya Müsəlmanları Şurası Liverpulda terror aktının qarşısını alan taksi sürücüsünün cəsarətini yüksək qiymətləndirib.

İQNA, "Anadolu"-ya istinadən xəbər verir ki, Britaniyanın ən böyük İslam təşkilatı olan Britaniya Müsəlmanları Şurası (MCB), terror hücumuna tez reaksiya verən Liverpoollu taksi sürücüsü Devid Perriyə təşəkkür edib. Şura sədrinin sözlərinə görə, Perrinin bu addımı, çox güman ki, şəhərdə daha geniş cinayətin qarşısını alıb.

Britaniya Müsəlman Şurasının baş katibi Zara Məhəmməd bazar ertəsi verdiyi açıqlamada deyib: "Bu pis terror aktına heç nə haqq qazandıra bilməz. Devid Perrini terror hücumunun qarşısını almaq üçün operativ hərəkətinə görə alqışlayırıq."

Onun sözlərinə görə, partlayış Liverpuldakı qadın xəstəxanasının qarşısında baş verib. Onun Liverpullular üçün xüsusi yeri var. Məhəmməd əlavə edib ki, bir çox müsəlman xəstəxanada işləyir. Həmçinin bu xəstəxana, şəhərin ən böyük məscidlərindən biri ilə qonşudur.

Məhəmməd Zara bildirib ki, bu hücum, hamımıza və hamımızın əziz tutduğumuz dəyərlərə qarşı bir hücumdur. Bu hücuma operativ və davamlı reaksiyasına görə polisə təşəkkür edirik.

Xatırladaq ki, bazar günü (14 noyabr) səhər Britaniyanın şimal-qərbində yerləşən Liverpul şəhərində taksinin partlaması nəticəsində bir nəfər ölüb, bir taksi sürücüsü yaralanmışdı. Ölən şəxsin kimliyi hələlik məlum deyil.

21, 26 və 29 yaşlı üç şübhəli Liverpulun Kenzinqton bölgəsində həbs edilib.

4013680

captcha