IQNA

18:40 - November 19, 2021
Xəbər sayı: 3491222
İllinoys ştatının Naprovill şəhər şurası aylarla davam edən müzakirələrdən sonra şəhərin İslam Mərkəzinin məscid və çoxməqsədli mərkəzin tikintisi planını yekdilliklə təsdiqləyib.

Amerikada bir məscid İQNA, "NCTV"-yə istinadən xəbər verir ki, Naprovil Şəhər Şurasının üzvləri şəhərin İslam Mərkəzinə Naprovilin cənub tərəfində məscid, çoxməqsədli mərkəz, məktəb və idman zalının tikintisinə başlamağa yekdilliklə icazə veriblər.

Əvvəllər nəzərdə tutulan ərazinin yaxınlığında yaşayan sakinlər tərəfindən tıxac, dayanacaq və işıq lampalarının olmaması səbəbindən məscid və çoxməqsədli mərkəzin tikintisinə icazə verilmirdi.
Yeni kompleksə 26 219 kvadrat fut sahəsi olan iki mərtəbəli məscid, 41 749 kvadrat fut sahəsi olan məktəb, 22 814 kvadrat metrlik çoxməqsədli zal və 26,852 kvadrat fut sahəsi olan idman zalı daxildir. O, 40 il ərzində tikiləcək.

4014294

Ad:
E-poçt:
* Comment:
* captcha: