IQNA

13:00 - November 23, 2021
Xəbər sayı: 3491249
Misir xalqı və müxtəlif sufi məzhəblərinin ardıcılları sabahdan etibarən bir həftə İmam Hüseynin (ə) mövludu münasibəti ilə böyük şənliklər keçirəcəklər.

İQNA, "Əl-vifd"-ə istinadən xəbər verir ki, noyabrın 23-dən noyabrın 30-dək bir həftə müddətində Misir xalqı və sufi məzhəblərinin ardıcılları İmam Hüseynin (ə) mövludu münasibəti ilə müxtəlif ayinlər keçirəcəklər.

Bu genişmiqyaslı bayramların min ildən çox yaşı var. Hər il Misirdə Əhli-beytsevərlərin böyük coşqusu ilə keçirilir. Sufi təriqətlərinin ardıcılları noyabrın son həftəsini İmam Hüseynin (ə) mövludu münasibəti ilə müxtəlif bayramlara həsr edirlər.

Misirin müxtəlif əyalətlərindən minlərlə Əhli-Beytsevər Qahirədə Əl-Hüseyn məscidi yaxınlığında keçirilən şənliklərdə iştirak edir. İmam Hüseynin (ə) mövlud bayramı Misirdə Həzrət Peyğəmbərin (s) mövlud bayramından sonra ən böyük bayramdır. Bu bayram şənliyi, ilahilərin ən böyük ifaçıları, Əl-Əzhər alimləri və Misir Vəqflər Nazirliyinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə dini ilahilərin oxunması ilə mənəvi bir atmosferdə keçirilir.

Korona xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə bu il bu bayram tədbirləri Qahirədə Əl-Hüseyn məscidinin (ə) həyətində və açıq havada keçiriləcək.

4015462

Ad:
E-poçt:
* Comment:
* captcha: