IQNA

14:10 - November 27, 2021
Xəbər sayı: 3491269
Türkiyənin Konya şəhərindəki bir məscidin anbarında 450 illik Qurani-Kərimdən hissələr aşkar edilib.

İQNA, "Daily Sabah"-a istinadən xəbər verir ki, Konyanın Qarapınar bölgəsindəki tarixi Sultan Səlim məscidinin anbarında 450 illik Quran tapılıb. Bu səhifələrdə Osmanlı Sultanı II Səlim tərəfindən bu məscidə hədiyyə edilmiş Quran nüsxəsinin 10 cüzü var.

Qarapınar Müftisi Yunis Aydın, Anadolu Xəbər Agentliyinə deyib ki, Quranın əlyazma ayələrini kəşf etməkdən çox həyəcanlanırlar.

O, bildirib ki, Osmanlı sultanı II Səlim tərəfindən hazırlanmış bu məsciddə aşkar edilmiş Quran əlyazması çox qiymətlidir. Bu əsəri tədqiq etdiyimiz zaman gördük ki, orada Sultan II Səlimin və Qarapınarın adı çəkilmişdir.

Qarapınar Müftisi qeyd edib ki, Sultan Səlim xan öz şahzadəliyi dövründə Qarapınarda çoxlu əsərlər yaratmışdır. Bu Quran 30 cüzdən ibarətdir. Ancaq biz onun 10 cüzünü tapmışıq. Onun üz qabığında Sultan Səlim xanın Qarapınar şəhərinə hədiyyəsi yazılmışdır. Amma xəttatın kimliyi və onun yazılma tarixi məlum deyil.

4016240

Ad:
E-poçt:
* Comment:
* captcha: