IQNA

Tələbə qızlar üçün Quran kursu

22:57 - November 30, 2021
Xəbər sayı: 3491291
Abbasi Astanına bağlı Nəcəf Əşrəf Qadınlar Quran Tədris Mərkəzi, hər cümə günü yüzlərlə qadın tələbə üçün müxtəlif Quran kursları təşkil edir.

"İQNA", "Qaf" xəbər agentliyinə istinadən xəbər verir ki, Nəcəf Əşrəf Quran Tədris Mərkəzinin rəhbəri Minar əl-Cəburi deyib: "Bu mərkəz Qurani-Kərimi öyrənmək arzusunda olan 420 iraqlı qız tələbəni qəbul edir. Mərkəz çalışır ki, bu təlim kursları onların təhsilinə təsir etməsin."

O əlavə edib: "Bu təlim kursları, həftə ərzində rəsmi tətil günü olan cümə günləri tələbə qızlar üçün keçirilir."Bu kurslara Quranın əzbərlənməsi və qiraət qaydaları daxil olmaqla 32 Quran təhsili kursu daxildir. Bu kurslar, cümə günü səhər saat 8:00-dan 16:30-a kimi Həzrət Abbasın (ə) hərəmində keçiriləcək.

4017335

captcha