IQNA

22:50 - December 01, 2021
Xəbər sayı: 3491296

Məscidün-Nəbi kitabxanasında oxuculara 180 000 kitab təqdim olunur

Mədinədə yerləşən Peyğəmbər məscidinin kitabxanası ziyarətçilərə müxtəlif mövzularda on minlərlə kitab təqdim edib.

Məscidün-Nəbi kitabxanasında oxuculara 180 000 kitab təqdim olunur

"İQNA"-nın "Ərəb News"-a istinadən verdiyi xəbərə əsasən, Mədinədəki Peyğəmbər Məscidinin Kitabxanası zəvvarların maarifləndirilməsi və vaxtlarını zənginləşdirmək məqsədi ilə on minlərlə kitabı oxuculara təqdim edib.

Bu kitabxana, Peyğəmbər (s) məscidinin zəvvarlarının gözəl qarşıladıqları ən əhəmiyyətli yerlərdən biridir.

Bu kitabxanada 71 kateqoriya üzrə 180 minə yaxın kitab var. Onların əksəriyyəti Peyğəmbərin tərcümeyi-halı ilə bağlı 86 ünvanda və digər xüsusi mövzu və bölmələrdən ibarət kitablardır.

Bu kitabxanada həmçinin elektron kitabları olan kompüterlərin olduğu ağıllı rəqəmsal kitabxana da var.

4017666

captcha