"İQNA", "Qaf" xəbər agentliyinə istinadən xəbər verir ki, hər həftənin şənbə günü "səmavi nəğmələr"in Quran məclisi, Müqəddəs Kazimi Astanının məsullarının, Quran ustadları və mütəxəssislərinin və bir qrup zəvvarın iştirakı ilə İmam Kaziminin (ə) hərəmində keçiriləcək.
Bu həftə Əhməd Əl-Bəhadli və Əli Əl-Saidi kimi qarilər Qurani-Kərimdən ayələr oxuyaraq İmam Kazimin (ə) hərəmini ətirləndiriblər.
Bu Quran məclisində sual-cavab yarışması da keçirilib. Bu müqəddəs Astanın surud qrupu da proqramla çıxış edib. Proqramın davamında Şeyx Emad Əl-Kazimi Quran maarifindən danışıb.
Müqəddəs Kazimi Astanının həftəlik Quran məclisləri, hər həftənin şənbə günü məğrib və işa namazlarından sonra Quran təşkilatları və görkəmli şəxsiyyətlərin iştirakı ilə keçirilir.