IQNA

14:48 - December 07, 2021
Xəbər sayı: 3491327
Amerika-İslam Münasibətləri Şurası, Nyu Meksikoda naməlum qadının məscidi yandırmağa cəhd etdiyi hadisəni pisləyib. Həmçinin polisi dərhal araşdırma aparmağa və günahkarı müəyyən etməyə çağırıb.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Meksiko ştatındakı Əl-Bəkraki məscidi naməlum qadının islamafobik hücumunun hədəfi olub. O, məscidi yandırmağa cəhd edib.

Dünən, dekabrın 6-da yerli KOB4 şəbəkəsi tərəfindən eksklüziv olaraq kamera görüntüləri yayımlanıb. Kamera Noyabrın 29-da üzünü bağlayaraq ibadət zalının yaxınlığındakı zibil qutusunu yandıran naməlum qadını göstərir. Sonra alovun bütün məscidə yayılması üçün onu yerə atır. O, məscidin bağçasında başqa bir zibil qabını da yandırıb.

Amerika-İslam Münasibətləri Şurası (CAIR), ABŞ-da müsəlmanların dini və mədəni hüquqlarını müdafiə və İslam təşkilatlarını təmsil edir. O, bu hadisəni pisləyib və bunu İslam və müsəlmanlara qarşı nifrət yaymaq kimi qiymətləndirib.

 Şura, yerli hakimiyyət orqanlarını və Nyu Meksiko Federal Təhqiqat Bürosunu tez bir zamanda araşdırma aparmağa və günahkarı tapmağa çağırıb.

Məscidlərə hücum və yandırma ABŞ-ın əksər ştatlarında təkrarlanan hadisəyə çevrilib.

Kaliforniya Universitetinin Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğu nəticəsində məlum olub ki, ABŞ-da hər üç müsəlmandan ikisi ən azı bir dəfə islamofob hadisələrə məruz qalıb.

4019020

Ad:
E-poçt:
* Comment:
* captcha: