IQNA

15:55 - December 09, 2021
Xəbər sayı: 3491341
Beytül-Quran əlyazmaları kolleksiyası, hicri birinci əsrdən (miladi 7-8-ci əsrlər) müasir dövrə qədər olan nəfis xəttatlıq əsərləri də daxil olmaqla, dünyanın ən mühüm kolleksiyalarından biridir. O, Çindən tutmuş İspaniyanın Əndəlusiyasına qədər İslam dünyasının bütün hissələrini əhatə edir. Beytul-Quran Bəhreynin paytaxtı Manamada Quranın əlyazmalarını və nəfis İslam əsərlərini qorumaq üçün yaradılmış çoxməqsədli mərkəzdir.

"İQNA", xəbər verir ki, Quran evi nəfis İslam əsərləri kolleksiyası ilə, 786-cı ildə Abbasi xəlifəsi Əbu Cəfər Mənsur tərəfindən tikilmiş Bağdadın və Fatimi xəlifəsi Əl-Hakim Biəmrillah tərəfindən tikilmiş Qahirənin "Hikmət Ev"lərinin xatirəsini zehnlərdə canlandırır.

Bu kolleksiyada Qurani-Kərimin çoxlu sayda əlyazma nüsxələrini və nəfis İslam əsərlərini özündə əks etdirən muzey var. Bu, dünyanın ən məşhur İslam muzeylərindən biridir.

Beytül-Quran əlyazmaları kolleksiyası, hicri birinci əsrdən (miladi 7-8-ci əsrlər) müasir dövrə qədər olan nəfis xəttatlıq əsərləri də daxil olmaqla, dünyanın ən mühüm kolleksiyalarından biridir. O, Çindən tutmuş İspaniyanın Əndəlusiyasına qədər İslam dünyasının bütün hissələrini əhatə edir. Beytul-Quran Bəhreynin paytaxtı Manamada Quranın əlyazmalarını və nəfis İslam əsərlərini qorumaq üçün yaradılmış çoxməqsədli mərkəzdir.

Ad:
E-poçt:
* Comment:
* captcha: