IQNA

16:19 - December 09, 2021
Xəbər sayı: 3491342
Ölkənin müxtəlif bölgələrində Quran kurslarının sayını artırmaq üçün Livanın Qurani-Kərimi İdarə və İrşad Cəmiyyəti, ölkənin şimalındakı Əl-Bəqa əyalətinin Qəsrniyə şəhərində Qurani-Kərimin təfsir dərslərini təşkil edib.

"İQNA", Beyrutdan xəbər verir ki, Livanın Qurani-Kərimi İdarə və İrşad Cəmiyyəti, ölkənin şimalındakı Əl-Bəqa əyalətinin Qəsrniyə şəhərində təfsir sahəsində Quran təlim kursu keçirib.

"Qəlblərin baharı" adlı bu təlim kursu, kişilər üçün keçirilib. Bu kursda 50-dən çox Quran öyrənən iştirak edib.

Bu təlim kursunun dərsləri virtual olaraq WhatsApp-da keçirilir. O, Seyyid Həsən Mürtəzanın idarəçiliyi ilə və Mehdi Əbu zeydin ustadlığı ilə tədris olunur. Bu təlim kursu üç həftə və hər həftə üç gün olacaq.

Bu kursun məqsədi tələbəni Uca Allahın kəlamının mənaları və təfsirçilərin tədris proqramları və üsulları ilə tanış etməkdir. Təfsirçilərin ixtilaf etdiyi mövzuları kəşf etmək, bu fərqin səbəblərini bilmək və necə olduğunu öyrənməkdir.

Ad:
E-poçt:
* Comment:
* captcha: