IQNA

Livan, "Rizvan" Quran hifzi müsabiqəsini keçirməyə hazırlaşır

16:04 - December 21, 2021
Xəbər sayı: 3491418
Livandakı "Əl-Birru vət-Təqva" Dərnəyinə bağlı Qurani-Kərim məktəbləri 15-40 yaş arası qardaş və bacıları "Rizvan" (iki surənin əzbəri) müsabiqəsində iştirak etməyə dəvət edib.

"İQNA", Livandan xəbər verir ki, Livandakı "Əl-Birru vət-Təqva" Dərnəyinə bağlı Qurani-Kərim məktəbləri beşinci ildir ki, Beyrutun cənubunda yerləşən tropik Harik qəsəbəsində Quran hifzi yarışması keçirəcək.

"Rizvan" adlanan bu yarışma, Beyrutun Cənubundakı Şəhərlər İttifaqının himayəsi altında keçiriləcək. Virtual formada "Yasin" və "Ər--Rəhman" surələrinin əzbərlənməsi ilə bağlı keçiriləcək.

Bu yarışmada iştirak edənlərin yaş kateqoriyası qızlar və oğlanlar üçün 15 yaşdan 40 yaşa qədərdir.

Bu müsabiqə, 2022-ci ilin fevralında keçiriləcək.

Bu müsabiqə Mədəni və İslami Təhsil Assosiasiyası və Livan Qaf Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

4022508

Ad:
E-poçt:
* Comment:
captcha