IQNA

Hindistan hökuməti, Cammu və Kəşmirdəki ən böyük tarixi məscidi bağlayıb

20:14 - December 23, 2021
Xəbər sayı: 3491428
Hindistan hökuməti, müsəlmanlara qarşı davam edən təzyiqlər çərçivəsində Cammu və Kəşmirdəki Srinagar Böyük Məscidini bağlayıb.

"İQNA", "TRT"-nin ərəb bölümünə istinadən xəbər verir ki, bu tarixi məscidin 600 ildən çox yaşı var. Əsrlər boyu Cammu və Kəşmirdə İslam elmlərinin ən mühüm mərkəzlərindən biri olmuşdur.

Hindistan hakimiyyətinin bu addımı geniş şəkildə pislənilib. Məscidin bağlanmasını tənqid edənlər bunu baş nazir Narendra Modinin hökumətinin insan haqları və dini azadlıqlarla bağlı iddialarına zidd olduğunu bildiriblər.

Modinin hökuməti məscidin mübahisəli Kəşmir bölgəsinin təhlükəsizliyinə meydan oxuyan etirazlar və toqquşmalara səhnə olduğunu iddia edir. Buna görə də onun bağlanmalı olduğunu bildirir.

Hindistan hakimiyyətinin Kəşmir müsəlmanlarına qarşı hərəkətləri təkcə məscidlərin və dini mərkəzlərin bağlanması və onların normal fəaliyyətinin məhdudlaşdırılması ilə bitmir. Onların rabitə vasitələrini də kəsirlər.

4022915

captcha