"İQNA", xəbər verir ki, Almaniyada sosial ekspertlər hesab edirlər ki, azlıq qruplarına qarşı nifrət, Alman cəmiyyətinin ən mühüm problemlərindən birinə çevrilib. Müsəlmanlara və məscidlərə edilən hücumlarda, sığınacaq axtaranların təqib edilməsində bunu aydın görmək olar. Beləliklə, Almaniyanın Ştutqart şəhərindəki Baden-Vürtemberq Tarix Evində nifrət və onun nəticələrinə həsr olunmuş sərgi keçirilib. Bu sərgiyə böyük maraq göstərilib.
"İslamik" saytı xəbər verir ki, sərgidə son 200 ildə Alman cəmiyyətində düşmənçilik, ayrı-seçkilik, qısqanclıq və təhqirləri göstərən 200 tarixi əsər nümayiş etdirilib. 17 dekabr 2021-ci ildə başlayan bu sərgi, 24 iyul 2022-ci il tarixinədək davam edəcək.
4025112