"İQNA", "Əl-Kəfil" dünya kanalına istinadən xəbər verir ki, Kərbəlada Beynul-hərəmeyndə Həzrət Fatimeyi Zəhra (s) barədə tamaşa göstərilib. Çoxlu sayda Hüseyni zəvvarlar tamaşaya baxıb.
Bu təziyədə Həzrət Zəhranın (s) Peyğəmbərin (s) vəfatından sonrakı həyatından parçalar, din və insanlıq düşmənləri və onun haqqını qəsb edənlərin ona etdiyi zülmlər göstərilmişdir.
Həzrət Zəhranın (s) böyük şəxsiyyəti də hər kəsə tanıtdırılıb.
Bu tamaşanın davamında Əhli-Beyt (ə) məddahları Həzrət Zəhranın (s) müsibətindən bəhs edən roza və mərsiyələr oxuyublar.
4025879