IQNA

Min Dollarlıq Mükafatı olan Beynəlxalq Quran müsabiqənin təfərrüatları

12:50 - January 05, 2022
Xəbər sayı: 3491511
Mişkat İnstitutunun baş direktoru Höccətül-islam Məhəmmədi, "Mişkat" adlı ilk beynəlxalq virtual Quran tilavəti müsabiqəsinin keçirildiyini elan edərək deyib: "Maraqlananlar videofayllarını yanvarın 4-dən fevralın 4-dək göndərə bilərlər. Xeyriyyəçilərin köməyi ilə üç nəfərə hədiyyələr təqdim olunacaq."

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mişkat İnstitutunun baş direktoru Höccətül-islam Məhəmmədi, İQNA-nın konfrans zalında keçirilən "Mişkat" Beynəlxalq Virtual Quran qiraəti müsabiqəsinin mətbuat konfransında çıxış edərək deyib: "Quran yarışları 2019-cu ildə Əlborz vilayətində, 2020-ci ildə Tehran və Əlborz əyalətlərində və 2021-ci ildə bütün ölkədə keçirilib. Həmçinin, bu il Ustad Əbdül-Basit Məhəmməd Əbdüs-Səmədin səsi ilə Qiyamət surəsinin ilk hissəsini seçməklə beynəlxalq səviyyədə və virtual olaraq qiraət müsabiqəsi keçirəcəyik."

O, qeyd edib ki, fayl və məlumatların yüklənməsi üçün üç dildə, fars, ərəb və ingilis dillərində sayt yaradılıb.

Min Dollarlıq Mükafatı olan Beynəlxalq Quran müsabiqənin təfərrüatları

Maraqlananlar bu il yanvarın 2-dən fevralın 1-dək öz video qiraət faylını https://www.mqmeshkat.ir/ və Mqmeshkat.ir İnstagram səhifəsinə göndərə bilərlər. Mükafatlar ilk üçlüyə veriləcək. Birinci yerə 1000 dollar, ikinci yerə 700 dollar və üçüncü yerə 500 dollar mükafat veriləcək.

O, qiraət müsabiqəsinin məqsədlərinə toxunaraq deyib: "İslam dünyasının Quran gəncləri arasında sağlam rəqabət mühiti yaratmaq, İslam ölkələrində mövcud imkanları tanımaq, digər ölkələrdə Qurani-Kərim üzrə fəal olanlarla qarşılıqlı əlaqə qurmaq və İranın Quran üzrə potensialını digər ölkələrə tanıtmaq bu yarışmanın məqsədlərindəndir."

Min Dollarlıq Mükafatı olan Beynəlxalq Quran müsabiqənin təfərrüatları

Mişkat İnstitutunun direktoru, Suriyadan Rizvan Dərviş və İrandan Məhəmməd Hüseyn Səidian, Məhəmməd Hüseyn Səbzəli və Abbas İmam Cümə kimi ustadların bu müsabiqədə hakimlik edəcəklərini bildirərək deyib: "Bu müsabiqədə yaş məhdudiyyəti yoxdur və yarış yalnız kişilər üçün keçirilir."

Min Dollarlıq Mükafatı olan Beynəlxalq Quran müsabiqənin təfərrüatları

Bu müsabiqənin bağlanış mərasimi əyani şəkildə və bu il mart ayının 1-də Həzrəti Peyğəmbərin (s) besəti ilə eyni vaxtda keçiriləcək. Onun təfərrüatları daha sonra açıqlanacaqdır.

4024205

captcha