IQNA

Hindistanın Ali Məhkəməsi hindu liderlərinin işinə baxır

9:15 - January 13, 2022
Xəbər sayı: 3491556
Hindistanın Ali Məhkəməsi qapalı keçirilən dinləmə zamanı müsəlmanlara qarşı "təxribat xarakterli çıxışlar"la insanları təhrik etdiklərinə görə bir neçə ekstremist hindu dini liderlərinin mühakimə olunmasına baxacağını açıqlayıb.

"İQNA", "Yahoo News"-a istinadən xəbər verir ki, Üç Ali Məhkəmə hakimi Uttar Pradeş hökumətinə xəbərdarlıq etdiklərini söyləyib. Bildirişdə deyilib ki, işə gələn həftə Ali Məhkəmədə baxılacaq.

Bu ekstremist dini liderlər, keçən ay keçirilən konfransda hinduları müsəlmanlara qarşı soyqırım etmək üçün silahlanmağa çağırmışdılar.

Polis şübhəlilərin dindirildiyini, lakin həbs olunanların olmadığını bildirib.

4028116

 

captcha