IQNA

Qərb sahilində onlarla fələstinli yaralanıb

23:58 - January 14, 2022
Xəbər sayı: 3491563
Fələstinlilərin İordan çayının qərb sahilində sionist hərbçilərlə toqquşmasında onlarla fələstinli yaralanıb.

Qərb sahilində onlarla fələstinli yaralanıbİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, cümə axşamı günü gecə fələstinlilərin Nablusun şimal-qərbində yerləşən Bərqə kəndində qəsbkar sionist hərbçilərlə toqquşmasında azı qırx fələstinli yaralanıb.

Yaralılardan bəzilərinin bədən xəsarəti almalarına səbəb, sionist hərbçilərin rezin güllələr atmaları olub.

Digər tərəfdən, Şəhab informasiya agentliyi işğal edilmiş Əlnəqəb rayonunun Təl-Əssəbi kəndində toqquşmalar və şinlərin yandırılması barədə görüntü yayıb.

Əlcərməq teleqram kanalı da müəyyən görüntülər yayıb. Həmin görüntülərdə sionist həbrçilər Əlnəqəbdə yer ilə sürüdükləri fələstinli gənc qızı həbs edirlər.

İşğal olunmuş Fələstinin cənubunda yerləşən Əlnəqəb səhrası bir daha kəndlərin dağıdılmasının şahididir. Həmin kəndlərin sakinləri onlarla ildir ki, sionist rejimin onların öz əcdadlarının torpaqlarından çıxmaları üzrə bütün cəhdləri qarşısında müqavimət göstərirlər.

captcha