IQNA

9:26 - January 18, 2022
Xəbər sayı: 3491585
Müqəddəs Hüseyni Astanının Darul-Quranı ilk dəfə beynəlxalq Quran konfransı keçirəcəyini elan edib.

"İQNA", Müqəddəs Hüseyni Astanının İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, bu Astanın Darul-Quranı Qızların Quran yarışları üçün hakimlik qaydalarının işlənib hazırlanması və unifikasiyası üzrə ilk Beynəlxalq Quran Konfransının keçirilməsini elan edib.

Bu konfransın açılışı, Həzrət Zəhra (s) Universitetinin "Ümmü Əbiha" zalında 16 ölkədən nümayəndənin iştirakı ilə keçirilib.

Müqəddəs Hüseyni Astanının Darul-Quranının rəhbəri doktor Şeyx Xeyrəddin əl-Hadi, konfransın açılış mərasimindəki çıxışında deyib: "Qurani-Kərimə və İslam dünyasında Quran hərəkatına xidmət edən hər şeyə maraq təqvanın ən mühüm təzahürlərindən biridir."

Əl-Hadinin fikrincə, bu konfrans, Quran yarışlarında hakimlik meyarlarında vahid fikrə və nizam-intizama səbəb olacaq.

Qeyd edək ki, bu Quran konfransı, dörd gün ardıcıl olaraq Darul-Quranın binasında davam edəcək.

4029358

Teqlər: Kərbəla ، Beynəlxalq ، Quran ، Konfrans ، İslam
Ad:
E-poçt:
* Comment:
* captcha: