IQNA

14:48 - January 23, 2022
Xəbər sayı: 3491612
İranın Bakıdakı Mədəniyyət müşaviri tərəfindən bu mədəniyyət ocağının Şəhriyar evində Həzrət Zəhranın (s) mövludu və Qadınlar Günü münasibətilə "İslam baxımından qadının ictimai və tərbiyəvi rolu” adlı konfrans keçirilib.

"İQNA", xəbər verir ki, yanvarın 22-də keçirilən konfransda İranın Bakıdakı səfiri, İran İslam Cümhuriyyətinin din, mədəniyyət şəxsiyyətləri, və nümayəndələri həmçinin Əhli-Beyt (ə) aşiqləri iştirak ediblər.

İranın Bakıdakı mədəniyyət üzrə müşaviri Qurban Əli Purmərcan çıxışında deyib: "Biz hər il Uca Allahın, Peyğəmbərin (s) və bütün pak imamların mədh etdiyi bir şəxsin mövludunu qeyd edirik. Həzrət Zəhra (s) o kəsdir ki, Həzrət Peyğəmbər (s) cənnətin onun intizarını çəkdiyini bildirmişdir. Fatiməni (s) sevməyi özünü sevmək, onunla düşmənçiliyi isə özü ilə düşmənçilik hesab etmişdir. Əli (ə) həmişə Fatimə (s) ilə fəxr edərdi. İmam Zaman (əc) da Fatiməni (s) özünə nümunə kimi tanıtmışdır."

O, əlavə edib ki, Fatimə (s) bütün dövrlər və əsrlər üçün əbədi bir nümunədir. O, təkcə öz dövrünə aid deyildi. Ömrünün qısa olmasına baxmayaraq, həyatının hər səhifəsi bütün insanlar üçün həyat dərsidir.

4030570

Teqlər: Bakı ، Fatimə (s) ، mövlud ، konfrans ، qadın
Ad:
E-poçt:
* Comment:
* captcha: