IQNA

10:22 - January 25, 2022
Xəbər sayı: 3491623
Səudiyyənin virtual şəbəkələrində yayımlanan videoda Ciddədə bir qrup insanın məscidlərinin vəliəhd şahzadənin əmri ilə dağıdılmasından çox narahat olduğu görünür.

"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında kiberməkan istifadəçiləri, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki məsciddə ibadət edənlərin videosunu yayıblar. Onlar bu videonu son cümə namazından sonra və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanın investisiya layihəsinin yaradılması üçün bu məscidin sökülməsindən əvvəl yayıblar.

Məsciddə son cümə namazından sonra dindarlar göz yaşları içində bir-birlərinə sarılıblar. Çünki illərdir onları bir araya gətirən bu məscidin dağıdılmasından sonra yenidən görüşəcəklərini bilmirlər.

4030686

Teqlər: Ciddə ، məscid ، video ، Ərəbistan ، layihə
Ad:
E-poçt:
* Comment:
* captcha: