IQNA

20:59 - January 26, 2022
Xəbər sayı: 3491636
Banqkokda Tailand və İrandan olan qadın mütəfəkkir və elm xadimlərinin iştirakı ilə "Din prizmasından Qadınların cəmiyyətdə rolu və ailənin gücləndirilməsi" adlı konfrans keçirilib.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, bu konfrans Həzrəti Fatimənin (s) mövludu, Analar və Qadınlar Günü münasibətilə Banqkok İslam Araşdırmaları və Tədqiqat İnstitutunun iştirakı ilə keçirilib.

İranın Tailanddakı mədəniyyət müşaviri Mehdi Həsənxani konfransda çıxış edərək deyib: "Cəmiyyətlərin mövcud vəziyyəti, real və virtual məkanda sosial münasibətlərin genişlənməsi qadının ailə və cəmiyyətin müxtəlif sahələrində rolunun əhəmiyyətini artırıb."

O, qadının məqamı ilə bağlı din təlimlərinə və xüsusilə İslamın təlimlərinə toxunaraq əlavə edib: "Din qadının insani ləyaqətinə arxalanaraq, qadının roluna həmişə dəyərli baxıb və konstruktiv yanaşmağa çalışıb."

4031265

Teqlər: Din ، ailə ، qadın ، Banqkok ، konfrans
Ad:
E-poçt:
* Comment:
* captcha: