2021-ci ildə uşaqlara ən çox qoyulan adlar açıqlanıb. Oğlan uşaqlarına daha çox Əli, qız uşaqlarına isə Zəha adları qoyulub.

İQNA-nın Səhərtv-yə istinadla verdiyi məlumata görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi bildirib ki, 2021-ci ildə doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Əli, Yusif, Hüseyn, Uğur və Məhəmməd, qadın cinsindən olanlara isə Zəhra, Zeynəb, Məryəm, Fatimə və Aylin kimi adların verilməsi üstünlük təşkil edib.