"İQNA", "Əl-Misri Əl-Yəvm"-a istinadən xəbər verir ki, Misirin Port Səid şəhərinin beynəlxalq Quran hifzi və surud yarışları Fevralın 18-i cümə günü başlayacaq və 3 gün davam edəcək.
Bu səbəbdən, bazar günündən etibarən beynəlxalq yarışlarda iştirak edəcək şəxslərin seçilməsi üçün seçimlərin yekun mərhələsinə start verilib.
Qeyd edək ki, bu Quran yarışlarında 66 Ərəb, Afrika, Avropa, həmçinin ABŞ, Kanada və digər ölkələrdən olan gənc qız və oğlanlar yarışacaqlar.