IQNA

Fələstində Ramazan ayı üçün çoxdilli Quran tətbiqi hazırlanıb

12:02 - March 16, 2022
Xəbər sayı: 3491930
Müqəddəs Ramazan ayı ərəfəsində Fələstində Quran Radiosundan qiraətləri yazmaq imkanı ilə çoxdilli şəkildə Qurani-Kərim tətbiqi təqdim edilib.

"İQNA", "Fələstin Əlyəvm"-ə istinadən xəbər verir ki, Qurani-Kərim 2022 tətbiqi müsəlmanların müqəddəs Ramazan ayında vəhy sözündən istifadə etmələri üçün fələstinli qrup tərəfindən pulsuz olaraq ictimaiyyətə təqdim edilib.

Bu proqram Android və iPhone telefonlarında istifadə üçün nəzərdə tutulub və internet olmadan da ondan istifadə etmək olur.

Maraqlananlar bu Quran tətbiqini Quran proqramlarının pulsuz yükləmə səhifəsindən yükləyə bilərlər.

4043107

captcha