IQNA

Əlcəzairdə Quran məktəbləri şagirdlər arasında milli imtahan keçirəcək

22:17 - March 16, 2022
Xəbər sayı: 3491931
Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyi Quran məktəblərində şagirdlərin səviyyəsini müəyyən etmək üçün milli imtahan keçiriləcəyini açıqlayıb.

"İQNA", "Əş-şüruq"-a istinadən xəbər verir ki, Əlcəzairin Vəqflər Nazirliyindən verilən açıqlamada, 2022-ci il aprelin 17 və 18-də keçiriləcək ölkənin milli Quran yarışmasında iştirak etmək üçün imtahanın keçiriləcəyini bildirilib.

Bu imtahan Əl-Buveyrə, Tizi Vəzu, Batnə, Qastəninə, Milə, Ğəlizan, Telmsan, Səidə, Sukra, Əl-Əğvat, Tamnəfst, Ən Saleh və Əlizi əyalətlərinin Quran institutları və məktəbləri arasında keçiriləcək.

4043505

captcha