IQNA

18:07 - March 17, 2022
Xəbər sayı: 3491936
Hindistan məhkəməsi Karnatakada sinif otaqlarında hicaba qoyulan qadağanı təsdiqləyib və bu, müsəlmanları təcrid etmək cəhdlərinə etirazları genişləndirə bilər.

"İQNA", "Nun Press"-ə istinadən xəbər verir ki, Hindistanın Karnataka əyalətinin Ali Məhkəməsi dünən, martın 15-də bu əyalətin sinif otaqlarında hicabla bağlı qadağanı qüvvədə saxlayıb. Müşahidəçilərin fikrincə, qanun tədricən böyük müsəlman azlığın olduğu əyalətin qalan hissəsinə də şamil olunacaq.

Müsəlman tələbələrin ştatın məktəb və universitetlərində hicab geyinməsinə qoyulan qadağa onların və valideynlərinin geniş etirazı ilə qarşılanıb.

Karnataka daxili işlər naziri Araqa Qannandra bildirib ki, bu qərar dinin təhsildən kənarda saxlanması zərurətinə görə verilib.

Bu qərar müsəlmanların geniş etirazına səbəb olub. Çünki qız tələbələr indi öz məktəblərinə girə bilmirlər və hər gün məktəblərin, universitetlərin qarşısında etiraz edirlər.

Məktəblərdə hicabın qadağan edilməsinin əleyhinə olanlar deyirlər ki, bu, Hindistanın 1,35 milyard əhalisinin 13 faizini təşkil edən müsəlmanları marginallaşdırmaq üçün atılan başqa bir addımdır.

Karnataka Ali Məhkəməsinin sədri Rito Rac Svasti deyib: "Biz inanırıq ki, hicab müsəlman qadınların dini vəzifəsi deyil.

4043480

Teqlər: Karnataka ، Hindistan ، hicab ، məktəb ، qadağa
Ad:
E-poçt:
* Comment:
* captcha: