IQNA

"Arsenal"ın futbolçusu müsəlman olub

15:02 - March 22, 2022
Xəbər sayı: 3491954
"Arsenal" Futbol Klubunda çıxış edən oyunçu Tomas Parti İslam dinini qəbul etdiyini açıqlayıb.

"İQNA", "Middle East Monitor"-a istinadən xəbər verir ki, Londondakı İslam alimi Şeyx Məhəmməd Əl-Əzhəri bildirib ki, qanalı futbolçu Londondakı məsciddə şəhadəteyni deyərək İslamı qəbul edib.

O, təxminən iki il əvvəl Atletico Madriddən Arsenal-a 45 milyon Milyon müqabilində qatılıb.

Tomas Parti Atletiko Madriddə 188 oyun keçirib, 16 qol vurub, 12 məhsuldar ötürmə edib. O, Qana millisinin heyətində 40-a yaxın milli oyun keçirib və üç dəfə Afrika Millətlər Kubokunda iştirak edib.

4044313

 

captcha