IQNA

Ramazanda səsucaldandan azana icazə verildi

23:15 - March 30, 2022
Xəbər sayı: 3491988
ABŞ-ın Minneapolis şəhərində müqəddə Ramazan ayı ərzinə məscidlərə səsucaldanlardan azan səsləndirməyə icazə verilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, ABŞ-ın Minneapolis şəhərində müqəddə Ramazan ayı ərzinə məscidlərə səsucaldanlardan azan səsləndirməyə icazə verilib.

Bu barədə şəhər şurası qərar verib.

Şura rəsmisi Camal Osman bildirib ki, səsucaldanları 07:00-22:00 aralığında qoşmağa icazə verilib.

“Azan dinimizin ən mühüm hissələrindən biridir. (Şəhər) şura(sı) Ramazanda onun (səsucaldanlardan) qoşulmasına icazə verib“, – deyə o qeyd edib.

Rəsmi deyib ki, həmin saat aralığı kilsə zənginin çalınmasına icazə verilən saat aralığıdır və bu, şəhər sakinləri arasında bərabərlik istiqamətində atılmış bir addımdır.

captcha