IQNA

İki illik fasilədən sonra Məscidül-həramda iftar süfrələri açılıb

9:54 - April 04, 2022
Xəbər sayı: 3492006
Son iki ildə Corona xəstəliyinin yayılmasından sonra Ramazan ayında Məscidül-həramdan və Peyğəmbər (s) məscidindən iftar süfrələri yığışdırılmışdı. Amma bu il məsul şəxslərin icazəsi ilə gigiyenik qaydalara riayət etməklə oruc tutanlar və zəvvarlar üçün yenidən iftar süfrəsi açılıb.

"İQNA", "Əl-Mədar"-a istinadən xəbər verir ki, İki illik fasilədən sonra Məscidül-həramın əvvəlcədən müəyyən olunmuş yerlərində gigiyenik protokollara uyğun olaraq məğrib azanından sonra iftar süfrəsi açılıb.

Rəsmilərin məlumatına görə, Ramazan ayının ilk gecəsində 2000-dən çox oruc tutan Məscidül-həramda iftar açıb.

Səudiyyə Ərəbistanının səhiyyə orqanlarının göstərişlərinə əsasən, bu süfrələr sosial məsafəni nəzərə alaraq açılmalıdır. İftarda birdəfə istifadə üçün olan qablardan istifadə edilməlidir. Həmçinin birdəfə istifadə üçün olan əlcəklərlə iftar verilməlidir. Onlar habelə isti içəcəkləri paylamaq üçün plastik fincanlardan istifadə etməkdən çəkinməlidirlər. Zəmzəm suyu da oruc tutanlar arasında gigiyenik qablarda paylanır.

برپایی سفره‌های افطار در مسجد الحرام پس از دو سال وقفه

برپایی سفره‌های افطار در مسجد الحرام پس از دو سال وقفه

برپایی سفره‌های افطار در مسجد الحرام پس از دو سال وقفه

4046400

captcha