IQNA

İraqda Quran tilavəti ayinlərinin yeddinci milli layihəsi həyata keçirilir

9:02 - April 09, 2022
Xəbər sayı: 3492030
İraqın müxtəlif əyalətlərindəki məscidlərdə və Hüseyniyyələrdə Astan Ələvinin Darül-Quranı tərəfindən Quran tilavəti ayinlərinin həyata keçirilməsi üzrə yeddinci milli layihəsi keçirilir.

"İQNA", Astan Ələvinin Darul-Quranının məlumat bürosuna istinadən xəbər verir ki, bu layihənin koordinatoru Seyyid Əmmar Əl-Musəvi deyib:  "Bu layihəyə müqəddəs Ramazan ayının ilk günündən start verilib.

O, əlavə edib ki, Astan Ələvi Ramazan ayı gəlməmişdən əvvəl məscidlərdə və Hüseyniyyələrdə lazımi ləvazimatları paylayıb və hər Quran tilavəti mərasimində ərazidən iki qari hər gün Qurani-Kərimdən bir cüzü oxuyurlar.

O, sonda deyib ki, Həzrət Əlinin (ə) hərəminin rəhbərliyi Quranın bu ayələrini oxumaq üçün seçilmiş qarilərə hədiyyələr təqdim edib. həmçinin sual-cavab proqramı vasitəsilə bu Quran tilavət mərasimlərində iştirak edənlərə hədiyyələr verilib.

4047460

 

Teqlər: İraq ، quran ، tilavət ، layihə ، məscid
captcha