IQNA

Beynəlxalq Quran Sərgisində Quran və İtrətə Dəvət bölməsinin fəaliyyəti

11:47 - April 19, 2022
Xəbər sayı: 3492093
29-cu Beynəlxalq Quran Sərgisində Quran və İtrətə Dəvət Səfirlərinin direktoru deyib ki, bu layihədə iştirak edən gənclərin gördükləri əsas iş insanları Quran tilavəti və sərgini ziyarət etmək üçün dəvət etməkdir.

29-cu Beynəlxalq Quran Sərgisində Quran və İtrətə Dəvət Səfirləri bölməsinin müdiri Fərşad İshaqi "İQNA"-ya verdiyi müsahibədə bu bölmənin fəaliyyəti haqqında deyib: "Bu bölmə Tehranın məscidlər, məktəblər, dini qruplar, Quran dərnəkləri, ziyarətgahlar, universitetlər və Tehranın gediş-gəlişinin çox olduğu ərazilər kimi üç yüzdən çox mədəni məkanda çoxlu sayda cihadçı gənclər, bəsicilər və təhsil təlimatçıları Beynəlxalq Quran Sərgisində iştirak etməyə dəvət ediblər.

O, qeyd edib ki, bu layihənin məqsədi sərginin rəsmilərinin və onların səfirlərinin xalq arasında olmasını müşayiət etməkdir. Bu layihə Ramazan ayının 10-cu günündən başlayıb və bu ayın 20-ci gününə kimi davam edəcək.

4049957

captcha