IQNA

Avstraliyada şiə təşkilatları Quran yarışlarının ikinci turunu keçirib

19:47 - April 20, 2022
Xəbər sayı: 3492103
Avstraliyada şiə təşkilatlarının bir-birilə həmkarlığı nəticəsində Ramazan ayı münasibətilə ikinci dəfə keçirilən Quranın "tərtil" və "təhqiq"lə tilavəti və hifzi müsabiqəsi keçirilib.

"İQNA", xəbər verir ki, bu yarışmalar Quranın baharında böyüklər və yeniyetmələr yaş qrupunda Quranın "tərtil" və "təhqiq"lə tilavəti və hifz sahələrində Cəfəriyyə, Viktoriya Dərnəyi və digər şiə təşkilatları ilə əməkdaşlıq şəraitində keçirilib.

Melburn "Xatamul-Ənbiya" Mərkəzində 30-dan çox müsəlman kişi və qadın qeyd olunan fənlər üzrə bir-birləri ilə yarışıblar.

Camaat namazı qılındıqdan sonra qonaqlar "Xatəmul-Ənbiya" Mərkəzinin iftar proqramında iştirak ediblər və sonda qaliblər təltif edilib.

Qeyd edək ki, bu müsabiqənin birinci mərhələsi 2019-cu ildə keçirilib. Bu yarışlar Korona səbəbilə iki il təxirə salındı ​​və bu il Ramazan ayında (2022) onun ikinci turu keçirildi.

4051013

captcha