IQNA

Təktanrıçılığın dərəcələri: Kim yaratdı və kim hidayət edir?

20:55 - April 20, 2022
Xəbər sayı: 3492104
Allah kainatın yeganə yaradıcısıdır və məxluqları düzgün idarə və hidayət edir. Amma bəzi insanlar bu hidayəti qəbul etmir və Allahdan qeyrisini özlərinə vəli seçirlər. Bu seçim isə korluğu seçmək və qaranlıqda gəzmək kimidir.

Qurani-Kərim buyurur: "(Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?" (Sonra özün) de: "Allah!" (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: "Belə isə, hətta özləri üçün (heç) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?" Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar və (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə də şərikləri də ibadətə layiq biliblər)? De: "(Şübhəsiz) hər bir şeyin yaradanı Allahdır və Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib və mütləq hakim!" (Rəd surəsi ayə 16).

Bu ayə Quranın ən tövhid ayələrindən biridir. Bu ayədə Allah və insanların varlıq aləmindəki vəlisi və rəhbəri haqqında suallar verilir. Bu ayənin əvvəlində "Göylərin və yerin Rəbbi kimdir?" deyə soruşur və "Allah" deyə cavab verir. Daha sonra soruşur: "Niyə özlərinə xeyir və ya zərər verə bilməyənləri özünüzə rəhbər götürdünüz?"

Ayənin bu hissəsinin mövzusu Allahın qəbulu ilə bağlı deyil, həqiqətdə, "Rübubiyyət" mövzusunda bəhs edir. Bu da, dünya işlərinin Allah tərəfindən idarə olunması deməkdir. Burada dəqiq fərq var. Firon, "Mən Allaham" deyil, "Mən Uca Rəbbinizəm" deyirdi. (Naziat surəsi ayə 24). Yəni o, dünyanın yaradıcısı deyil, dünyanın hökmdarı və idarəedicisi olduğunu iddia edirdi. Quran buyurur: "Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər "biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik" (deyirlər). (Zumər surəsi ayə 3). Yəni müşriklər bütlərə ibadət edirdilərsə, bu, Allaha çatmaq üçün idi. Ona görə də biz bu insanlara Allaha şərik qoşduqları üçün həmişə müşrik deyirik.

Amma sözdə deyil, əməldə də Allahı öz vəliləri seçdiklərini qəbul edənlər ilahi şəkildə davranmalıdırlar. Onların hərəkət və danışıq meyarı və əsası Allah yolunda və Allah üçün olmalıdır. Ona görə də bu ayədə qeyd olunanlar sual şəklində verilir ki, insan öz yolunu seçsin. Doğru yolu seçir, yoxsa yanlış yolu? Görmək və şüurlu olmaq və ya kor olmaq və qəflət yuxusuna getmək?

"Korla görən bərabərdirmi?" deyə soruşması, insanla Rəbbi arasındakı əlaqəni görmək və diqqətli olmaq üçün nəsihət və vurğu deməkdir. Allah bu məsələləri sual şəklində ortaya qoyub ki, insan düşünsün. düzgün seçim etmək üçün bu çətinliyi insanın qarşısına qoyur.

İranlı tədqiqatçı və müfəssir Seyyid Müctəba Hüseyninin sözlərindən götürülmüşdür.

4042844

Teqlər: qurani kərim ، İslam ، müsəlman ، ramazan ، oruc ، quran
captcha