IQNA

Kəşmirdə İmam Əlinin (ə) şəhadətinin ildönümü keçirilib

13:15 - April 24, 2022
Xəbər sayı: 3492121
İmam Əlinin (ə) şəhadətinin ildönümü bütün Kəşmir vadisində bir neçə yürüş və yas mərasimləri ilə qeyd olunub.

"İQNA", Kəşmirdən xəbər verir ki, Seyyid Həsən əl-Musəvi əl-Səfəvi və Seyyid Məhəmməd Hadi əl-Musəvi əs-Səfəvinin rəhbərlik etdikləri Cammu və Kəşmir Şiə Dərnəyi və digər dini qurumlar İmam Əlinin (ə) şəhadətinin ildönümünü bölgədə qeyd ediblər.

Bu mərasimdə minlərlə insan Qurani-Kərimdən ayələr oxuyub, əzadarlıq edib. Həmçinin dərnəyin məddahları da mərsiyələr oxuyublar.

Bu dərnək tərəfindən Beminədə Ayətullah Yusif Hüseyniyyəsində daha bir mərasim keçirilib və minlərlə insan İmam Əliyə (ə) ehtiram göstəriblər.

Kəşmirdə İmam Əlinin (ə) şəhadətinin ildönümü keçirilib
Kəşmirdə İmam Əlinin (ə) şəhadətinin ildönümü keçirilib

Kəşmirdə İmam Əlinin (ə) şəhadətinin ildönümü keçirilib

4051880

captcha