IQNA

Hindistanda halal məhsulların qadağan edilməsi istənilib

15:22 - April 25, 2022
Xəbər sayı: 3492128
Hindistanın Ali Məhkəməsində bütün Hindistanda halal sertifikatlı məhsulların qadağan edilməsi və halal sertifikatının ləğvi ilə bağlı iddia qaldırılıb.

"İQNA", "Pakistan Observer"-ə istinadən xəbər verir ki, Vibhor Anand adlı vəkilin Hindistan Ali Məhkəməsində verdiyi iddiaya görə əhalinin 15 faizini təşkil edən müsəlman azlıq halal ət yemək istəyir və bu, əhalinin qalan 85 faizinə tətbiq edilir.

Hindu vəkil iddiasında bunları deyib: "Hazırda bu halal sertifikatı təkcə ətlə məhdudlaşmır, hətta qida məhsulları, kosmetika, dərmanlar, xəstəxanalar, mənzil-tikinti birlikləri və ticarət mərkəzlərinə də şamil edilir. Buraya qəlyanaltılar, şirniyyatlar, yağlar, kosmetika, sabun, şampun, diş pastası, dırnaq boyası, pomada və s... də daxildir."

Müraciətdə həmçinin qeyd edilir ki, Hindistan Üləma Cəmiyyəti və bəzi digər qurumlar kimi özəl təşkilatlar tərəfindən halal sertifikatının qəbul edilməsi o deməkdir ki, ISI (Hindistan Standartları İnstitutu) və FSSAI (Qida Təhlükəsizliyi İdarəetmə və Standartları) kimi mövcud dövlət sertifikatları istehlak məhsulları üçün kifayət deyil. Məhsulların halal sertifikatı digər cəmiyyətlərə qarşı ayrı-seçkiliyin bir formasıdır.

4052150

captcha