IQNA

Ər-Riyadda Quran əlyazmalarının sərgisi açılıb

9:27 - April 26, 2022
Xəbər sayı: 3492132
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Əbdüləziz adına Xalq Kitabxanasında Qurani-Kərimin nadir və nəfis əlyazmalarından ibarət kolleksiya nümayiş olunur.

İQNA, Ərəbistan Xəbər Agentliyinə istinadən xəbər verir ki, Ər-Riyaddakı Kral Əbdüləziz Xalq Kitabxanası Ümumdünya İrs Günü münasibətilə Qurani-Kərimin nadir nüsxələrindən ibarət sərgiyə start verib. Sərgi ərəb və İslam irsinin tanıdılmasına kömək etmək məqsədilə kitabxana tərəfindən təşkil olunub.

Bu kitabxanada əksəriyyəti hicri 10-13-cü əsrlər arasında yazılmış Qurani-Kərim kolleksiyaları var və burada 267 Quran və 20 qiymətli muzey nüsxəsi var.

Bu kitabxanada müxtəlif çiçəklərlə bəzədilmiş hind Quranlarının qiymətli kolleksiyaları, eləcə də Çin, Kəşmir və şahların dövrünün gözəl əsərlərindən nümunələr nümayiş etdirilir.

Sərgi zamanı ziyarətçilər Qurani-Kərimin tam hissəsinin qızıl su ilə yazılmış əlyazması ilə tanış olacaqlar.

Kitabxanada ərəb və İslam irsinin digər kolleksiyaları, o cümlədən nadir sikkələr və xəttatlıq əsərləri var.

kod

4052083

Teqlər: quran ، əlyazma ، sərgi ، ərəbistan ، kitabxana
captcha