IQNA

Ramazanda bir-birinin dərdinə şərik çıxmaq Quranın təlimlərinə əsaslanır

12:40 - April 28, 2022
Xəbər sayı: 3492146
Əlcəzairdən olan universitet ustadı "Quran işığında təhsilin əsasları" adlı toplantıda Ramazan ayında Qurana diqqət yetirməyin vacibliyinə işarə edərək deyib: "Müsəlmanlar müqəddəs Ramazan ayında məscidlərdə Quran müzakirələri aparırlar. Onlar özlərini mənəvi cəhətdən hazırlayır və empatiya və mənəviyyatı önə çəkirlər ki, bunların hamısı Qurani-Kərimə əsaslanır.

"İQNA", xəbər verir ki, 29-cu Beynəlxalq Quran Sərgisi Beynəlxalq Komitəsinin "Qurani-Kərim işığında tərbiyənin əsasları" mövzusunda ixtisaslaşdırılmış iclası aprelin 26-da keçirilib. Bu toplantıda Quran tədqiqatçısı Seyyid Həsən Musəvi, Əlcəzair Universitetinin ustadı Həna Səadət, Pakistanın Pəncab Universitetinin fars dili kafedrasının dosenti Üzma Resin və Tehran Universitetinin psixologiya ustadı Qulam Əli Əfruz iştirak edib.

Bu toplantıda Əlcəzair Universitetinin ustadı Həna Səadət, Ramazan ayında Quranın əhəmiyyətinə işarə edərək, bu ayda nəfsimizə hakim olmağımızın lazım olduğunu söyləyib.

O, əlavə edib ki, Mübarək Ramazan ayında müsəlmanlar məscidlərdə Quran müzakirələri aparır, ruhən özlərini hazırlayır, empatiya və mənəviyyata önəm verirlər. Bütün bunlar Qurani-Kərimə əsaslanır.

Həna Səadət qeyd edib ki, bu mühazirənin diqqəti daha çox mənəviyyat, Quran təlimlərinə və Quranın başqalarına öyrədilməsinə yönəlmiş və Quran təlimlərinə əsaslanan təhsil prinsipləri üzərində durur.

4052818

Teqlər: ramazan ، dərd ، şərik çıxmaq ، quran ، təlim
captcha