IQNA

İran "İnnə lil-müttəqinə məfazə" müsabiqəsində birinci yeri qazanıb

23:52 - May 03, 2022
Xəbər sayı: 3492173
İranlı qiraətçi Məhəmməd Mehdi Natri Əl-Kövsər Dünya Şəbəkəsində "İnnə lil-müttəqinə məfazə" adlı 15-ci Beynəlxalq Quran qiraəti müsabiqəsində birinci yerə layiq görülüb.

"İQNA", "Əl-Kövsər"-ə istinadən xəbər verir ki, İranlı qiraətçi Məhəmməd Mehdi Natri Əl-Kövsər Dünya Şəbəkəsində "İnnə lil-müttəqinə məfazə" adlı 15-ci Beynəlxalq Quran qiraəti müsabiqəsində birinci yerə layiq görülüb.

Müsabiqədə 30-dan çox ölkədən 460-dan çox iştirakçı qeydiyyatdan keçmişdi. Ən çox qeydiyyatdan keçənlər müvafiq olaraq Pakistan, İran, İraq, İndoneziya, Əfqanıstan və Misirdən olub. Bu il ilk dəfə olaraq İtaliya və İspaniyadan iki iştirakçı iştirak edib.

Şəvval ayının başlaması ilə "İnnə lil-müttəqinə məfazə" adlı 15-ci Beynəlxalq Quran Televiziya Müsabiqəsi qiraət bölməsində başa çatıb.

30 gecə davam edən müsabiqə ötən gecə beş qalibə mükafatların verilməsi ilə başa çatıb.

İran İslam Cümhuriyyətinin Əl-Kövsər peyk şəbəkəsində hər il mübarək Ramazan ayı münasibətilə "İnnə lil-müttəqinə məfazə" adlı Beynəlxalq Televiziya Qiraəti Müsabiqəsi keçirilir.

4054553

Teqlər: iran ، müsabiqə ، quran ، qiraət ، Şəvval ayı
captcha