IQNA

20:27 - May 11, 2022
Xəbər sayı: 3492216
Əlcəzairin Əl-Acaicə kəndinin sakinləri mərasim keçirərək yeniyetmələr üçün Milli Quran Hifzi Müsabiqəsinin qalibi Feysəl Həccacı təqdir ediblər.

İQNA, "Ən-Nəhar"-a istinadən xəbər verir ki, bu mərasim Əlcəzairin Tlemsan əyalətinin Cəbalə şəhərinin Əl- Acaicə kəndində keçirilib. Kənd camaatı Feysəl Həccacın belə bir mükafata layiq görülməsi ilə fəxr ediblər.

Faisal Haccac "Ən-Nəhar"a müsahibəsində deyib: "Allaha çox şükür edirəm ki, yeniyetmələrin Quran hifzi yarışmalarında birinci yeri qazandım. Müəllimlərimə minnətdaram və onlara can sağlığı arzu edirəm".

O, əlavə edib ki, mənə Quranı əzbərləməm üçün şərait yaradan və onu əzbərləməkdə mənə köməklik göstərən və mənə dəstək olan valideynlərimə də minnətdaram".

4056158

Teqlər: Əlcəzair ، Quran ، hifz ، müsabiqə ، təqdir
Ad:
E-poçt:
* Comment:
* captcha: