IQNA

9:49 - May 14, 2022
Xəbər sayı: 3492227
Kabil polisinin sözçüsü bildirib ki, şəhərdəki "Əyyub Sabir" məscidində cümə namazı qılınarkən partlayış baş verib, üç namaz qılan yaralanıb.

"İQNA", "dotgulf.co"-ya istinadən xəbər verir ki, Kabil polisinin sözçüsü Xalid Zədran deyib: "Partlayış mayın 13-də Əfqanıstanın paytaxtı Kabilin beşinci rayonunda yerləşən "Əyyub Sabir" məscidində baş verib.

O əlavə edib ki, ilkin statistikaya görə, indiyədək partlayış nəticəsində 3 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri əraziyə göndərilib və araşdırmalara başlanılıb.

Hələ ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

4056697

Ad:
E-poçt:
* Comment:
* captcha: