IQNA

19:17 - May 14, 2022
Xəbər sayı: 3492230
"Təqva" ifadəsini eşidəndə ağlımıza zahidlik mənası gəlir. Amma həqiqət budur ki, təqva özünü əxlaq və ibadət şəkilində göstərən Allahın bəyəndiyi bir həyat tərzidir.

Dindarlığın əsas mehvəri imandır. İmanın əsas mehvəri isə təqvadır. Quran öz dinləyicilərini təqvaya dəvət edən bir kitabdır. Ramazan təqva ayıdır. Müsəlmanların həyatında təqva və təqva fəzilətinin gücləndirilməsi ayıdır.

Qurani-Kərimdə "Fatihətul-Kitab" surəsindən sonra Quranın ilk uzun surəsi olaraq "Bəqərə" surəsinə çatırıq. Bu surə bu mesajla başlayır: "Əlif, Lam, Mim. Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pərhizkarlar üçün hidayət mənbəyidir". Quran lap əvvəldən konkret öz auditoriyasını müəyyən edir. Bu ilahi kitabın təlimləri təqvalı insanları hidayət etməli və arzu olunan məqama yönəltməlidir.

Təqva pərhizkarlıq kimi məfhumlarla tərif edilir. Çox vaxt təqva anlayışını eşidəndə ağlımıza bir növ zahidlik gəlir. Amma həqiqət budur ki, təqva Allah bəyənən bir həyat tərzidir ki, həm əxlaqi, həm ibadət, həm də qanunvericilik və dini hökmlərdə özünü göstərir. Təqva bir nöqtə deyil, bir xəttdir. Təqvalı o kəsdir ki, bu xətt üzrə hərəkət edir və irəli gedir.

Həzrət Əli (ə) Həzrət Məhəmmədə (s) ilk iman gətirən şəxs olaraq, bizə təqvalı insanların dəqiq mənzərəsini göstərən şəxsdir. Onun bir çox çıxışları, xüsusən də “Nəhcül-bəlağə”də qeyd olunanlar təqvaya dəvətlə başlayır. Amma "Müttəqin xütbəsi"ndə təqvalı insanların xüsusiyyətləri o Həzrətinn sözlərində kamil surətdə əks olunur.

3965282

Ad:
E-poçt:
* Comment:
* captcha: