IQNA

10:36 - May 19, 2022
Xəbər sayı: 3492255
Bərəkətullah Səlim Şeyxul-qürra və Əfqanıstanın müasir qarilərindən biridir. Bu ölkənin 7 siyasi dövrünü görmüş və Misirin böyük qarilərinin hüzurunda təhsil almışdır. O, ustad Əbdül-Basitlə həmnişin olmuşdur.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Şeyx Bərəkətullah Səlim yeganə əfqan qiraətçidir ki, Mahmud Xəlil əl-Husari (1980) və Əbu əl-Eyn əl-Şueyşə (2011) kimi məşhur misirli qiraətçilərin yanında oxumuşdur. O, həmçinin Misirin və İslam dünyasının məşhur qiraətçisi Şeyx Əbdül-Basit Əbdül Səmədin yaxın dostu olmuşdur.

O, 1950-ci ildə Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin Həsəkə Minə şəhərində anadan olub və həyatının dördüncü ayında görmə qabiliyyətini itirib. O, beş yaşında Qurani-Kərimi əzbərləmək üçün məktəblərə getmiş, doqquz yaşında isə bütün Quranı əzbərləmişdir.

Bu əfqanlı qari təcvid elmini əsrin son əllinci illərinin ən görkəmli alimlərindən olan atası Moləvi Qalacandan öyrənmişdir.

Onu əfqanlı qarilərdən fərqləndirən cəhət onun şeir və ədəbiyyatda məharətli olması və "Nakamə Minə" adlı şeirlər toplusunun nəşr olunmasıdır.

1990-cı ildə o, Əfqan Qarilər Assosiasiyasını yaradıb.

Bu əfqanlı qari 10 beynəlxalq Quran yarışmasında birinci yer qazanıb və bu yarışların münsiflər heyətinin üzvü olub.

4057291

Ad:
E-poçt:
* Comment:
* captcha: