IQNA

14:47 - May 22, 2022
Xəbər sayı: 3492268
9 yaşlı misirli uşağın ustad Əbdül-Basit Əbdüs-Səmədin üslubunda Quran qiraətetmə istedadı onu məşhur edib.

İQNA, "Əlvan"-a istinadən xəbər verir ki, pərəstişkarlarının onu "Kiçik Əbdül-Basit" adlandırdığı Ömər Əli uşaqlıqda Quran dinləməyi çox sevirdi. O, ağlayanda Quranı eşitməkdən başqa heç nə onu sakit etmirdi.

Elmi araşdırmada deyilir ki, körpənin hamiləlik zamanı ana bətnində eşitdiyi səslər gələcəkdə onun həmin səsləri sevməsinə səbəb olur. Çünki bu səslər, ona tanışdır. Anası hamiləlik dövründə Quran oxumağa həvəs göstərirdi. Körpənin atasının dediyinə görə, körpə ağlayanda onun üçün Quran səsi açardıq və o, sakitləşib qəribə şəkildə qulaq asardı.

Atası istedadına görə uşaq ikən onu özəl məktəbə aparsa da, onun fikri fərqli idi. O, Əl-Əzhərə girməyə can atırdı. Atası deyir ki, yeddi yaşında bildik ki, o, Quranı əzbərləməyə və oxumağa həvəs göstərir. Biz onu özəl məktəbə göndərmək istəyirdik, lakin o, təkidlə onu Əl-Əzhərə aparmağımızı istədi. Səbəbini soruşduqda o, Qurani-Kərimi əzbərləmək istədiyini dedi.

Ömərin atası əvvəlcə oğlunun Şeyx Əbdül-Basit Əbdüs-Səmədin səsinə bənzəyən bənzərsiz səsə və qızıl qırtlağa malik olmasına təəccübləndi. Bu səbəbdən anası ona kiçik yaşlarında Qurani-Kərimi əzbərləməyə kömək edib. Belə ki, bir ildə təxminən 16 cüz əzbərləmişdi. Quranı tam əzbərləyəndə hələ 9 yaşı yox idi.

Misirin Giza şəhərindən olan bu gənc uşaq həkim və cərrah olmaq arzusundadır. Nə arzuladığını soruşduqda dedi: Öz-özümə deyirəm ki, mən Əzhər alimlərindən və cərrah olacağam.

4058494

Ad:
E-poçt:
* Comment:
* captcha: