IQNA

17:44 - May 25, 2022
Xəbər sayı: 3492291
17-ci əsrdə İslam dünyasının böyük filosofu Molla Sədra əsərlərindən birində hökumətin dinşünas aimlərin əlində olmasının lazım olduğunu Qurani-kərim və istidlal (arqument gətirmə) üsulu ilə sübut edir.

Molla Sədra "Əl-Məbdə vəl-məad" kitabında məntiqi əlaqəsi olan səkkiz müqəddimədən bəhs edir. Bu səkkiz müqəddiməni qeyd etdikdən sonra belə qənaətə gəlir ki, ilahi cəmiyyətdə (Mədineye fazilə) tədbir tökmək və idarə etmək ən azı on iki xüsusiyyətə malik olan alim və fəqihlərə məxsusdur. O, hər bir məsələdə Quran ayələrinə də istinad edir.

Birinci müqəddimədə insanın yaradılışına və peyğəmbərlərin göndərilməsinin fəlsəfəsinə, yəni bəşəriyyəti əbədi və həqiqi səadətə çatdırmaqdan bəhs edilir. Bu xoşbəxtlik insanın sifətlərinin Allaha yaxınlığı ilə formalaşır. Buna görə də o, insan kamilliyini peyğəmbərlərin göndərilməsinin fəlsəfəsi hesab edir.

İkinci müqəddimə budur ki, Allahın sifətlərinə yaxınlaşmağın yeganə yolu inanc sisteminə, o cümlədən tövhid, peyğəmbərlik və məada malik olmaqdır. Yəni həqiqi iman sahibi olmaqdır.

O, üçüncü müqəddimədə deyir ki, insan sosial varlıqdır və cəmiyyətsiz öz ehtiyaclarını ödəyə bilməz. Yəni fərdi həyat mümkün deyil.

Buna əsasən, o, dördüncü müqəddimədə cəmiyyətin ədalətə səbəb olan, zülmün qarşısını alan qanuna ehtiyacı olduğunu vurğulayır.

Şəriət yeganə qurtuluş qanunudur

Molla Sədra beşinci müqəddimədə vurğulayır ki, insanların əsas ehtiyaclarını ödəyə biləcək yeganə xilasedici qanunu şəriət və dindir.

O, altıncı müqəddimədə deyir ki, insanın qanuna ehtiyacı olanda və o qanun yalnız dini qanun olduqda, bizə qanunu Allahdan alan və sonra onu xalqa çatdıran bir vasitəçi lazımdır. Deməli, bizim peyğəmbərlərə ehtiyacımız var.

O, yeddinci müqəddimədə deyir ki, Peyğəmbərdən (s) sonra onunla xalq arasında vasitəçi lazımdır. Onlar insanlarla Peyğəmbər (s) arasında vasitəçi olan Allahın övliyalarıdır. Onlar vəhy təlimlərinin daşıyıcıları olan Məsum İmamlardır (ə) və Rəsulullahdan (s) sonra ümmətin vilayəti və idarəsi onlara həvalə edilmişdir: "Sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun". (Bəqərə surəsi ayə 143).

O, səkkizinci müqəddimədə deyir ki, Məsum (ə) imamlar da Peyğəmbərlə (s) alimlər arasında vasitəçidirlər. Bunlar vəhy təlimlərini dərk edib din alimlərinə çatdıran imamlardır. Bir hədisdə eyni göstərişin olduğu bildirilir: "Dövrün hadisələrində hədisimizin ravilərinə müraciət edin".

Bu səkkiz müqəddimədən sonra belə nəticə alır ki, vilayət və hökumət həmin alimlərə məxsusdur.

Mənbə: Nişabur Universitetinin dosenti Mehdi Bəyat Muxtarinin Hakim Molla Sədranın şərəfinə "Hikmət, hökumət, vilayət" mövzusunda keçirilən 26-cı konfransdakı çıxışından götürülmüşdür.

Ad:
E-poçt:
* Comment:
* captcha: