IQNA

İraqda 2025-ci il Ərbəin ziyarətində 21 milyondan çox zəvvar iştirak edib

9:45 - August 16, 2025
Xəbər sayı: 3498694
İQNA – Bu il İraqda keçirilən Ərbəin mərasimində 21 milyondan çox zəvvar iştirak edib.

İQNA -nın məlumatına görə, Həzrət Əbəlfəzl Abbas (ə) hərəminin bazar günü açıqladığı rəqəmlərə əsasən, bu il, 2025-ci ilin Ərbəinində ümumilikdə 21 milyon 103 min 524 nəfər iştirak edib. Keçən il bu rəqəm 21 milyon 480 min 525 nəfər olmuşdu.

Rəqəmlər Kərbəlaya aparan yollar və Həzrət Abbas ibn Əli (ə) hərəminin giriş qapılarında quraşdırılmış süni intellektə əsaslanan elektron sistem vasitəsilə hesablanıb.

İraqın Kütləvi Ziyarətlər üzrə Ali Komitəsi bildirib ki, bu il ölkə 4 milyondan çox xarici zəvvarı, eləcə də milyonlarla iraqlını qəbul edib.

Komitənin məlumatına görə, beynəlxalq magistrallarda radar sistemlərinin tətbiqi nəticəsində ötən illə müqayisədə yol-nəqliyyat hadisələri 26 faiz, ölüm hallarının sayı 55 faiz, xəsarət alanların sayı isə 36 faiz azalıb.

Ərbəin günlərində Kərbəla “silahsız şəhər” elan olunub ki, bu da təhlükəsizliyi möhkəmləndirən addım kimi dəyərləndirilib. Məlumata görə, yanğın hadisələrinin sayı ötən illə müqayisədə 87 faiz azalıb və cəmi 5 hal qeydə alınıb.

İraqın daxili işlər naziri Əbdül Əmir əş-Şammari ziyarət günlərində Kərbəlada olub və təhlükəsizlik planının “uğurla icra edildiyini” bildirib. O, həmçinin qeyd edib ki, Kərbəlaya aparan bütün yollarda qüvvələr yerləşdirilib, İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) hərəmində, eləcə də zəvvarların toplaşdığı meydanlarda təhlükəsizlik gücləndirilib.

3494261

Teqlər: Ərbəin
captcha