İQNA-nın Əl-Dəstur qəzetinə istinadla verdiyi xəbərə görə, Misirin vəqflər naziri Usamə əl-Əzhəri, “Qurana xidmət yolunda Misirin rolu” mövzulu təbliğat çıxışında, qız və oğlan hafizlərin iştirakı ilə Misir Böyük Məscidində deyib:
“Quran Misirlə, Misir isə Quranla vəhdət təşkil edib və bu ölkə hələ də Quranın və Quran əhlinin yurdudur.”
O əlavə edib ki, Misir, Quran tilavəti, ibtihal, dua, azan və elmin yayılması sahəsində qədim köklərə və öncül bir məktəbə sahibdir. Əzhər alimləri müxtəlif dövrlərdə bu ölkədə mühüm rol oynayıblar.
Usamə əl-Əzhəri vurğulayıb ki, Misirin Quran sahəsindəki mövqeyi yalnız radioda fəaliyyət göstərmiş böyük qarilərlə məhdudlaşmır. Bu ölkə keçmişdə Qurana bayraqdar olmuş, onun mesajını daşıyan nəsillər yetişdirib. “Misir heç bir halda bu mövqedən uzaqlaşmamalıdır,” – deyə bildirib.
Nazir, vəqflər nazirliyi nəzdində müezzinlərin hazırlanması üçün “Gözəl Səs” adlı mərkəzin yaradılması prosesinin araşdırıldığını qeyd edib:
“Bu mərkəzdə azan məqamları və ifa üsulları bir il ərzində tədris olunacaq. Çünki azan, Allah yoluna dəvəti ifadə edir və ən gözəl formada, qəlblərə təsir edəcək şəkildə oxunmalıdır.”
O əlavə edib ki, azan sadəcə gur səslə çağırış deyil; bu, elm, incəsənət və təbliğ işidir, öyrədilməyə, saflaşdırılmağa və ustalıq qazanmağa ehtiyac duyur. Məqsəd — yüksək səviyyəli ifanı İslami intizamla birləşdirən yeni bir müezzin nəsli yetişdirməkdir.
Tədbir sual-cavab və açıq müzakirələrlə davam edib. Nazir, hafizlərin suallarını cavablandıraraq, bu nazirliyin dini və tərbiyəvi missiyalarını yerinə yetirmələri üçün onlara dəstəyini davam etdirəcəyini vurğulayıb.
4298997